Accessibility links

İranın Hərbi Dəniz Donanması İran Körfəzindədir


Hərbi Dəniz Donanmasının İran Körfəzinin Yəmən sahilləri yaxınlığına göndərilməsi xəbərindən sonra Birləşmiş Ştatların dövlət katibi Con Kerri İranın Yəməndəki şiələrə dəstək verməsindən narahat olduğunu bildirib.

İranın Press televiziyasının çərşənbə günü yaydığı məlumatda deyilib ki, İran hərbi gəmilərini Səudiyyə Ərəbistanının başçılığı ilə Huti üsyançılarına qarşı hava kampaniyasından həyata keçirdiyi Yəmən yaxınlığına göndərib.

Admiralı Həbibulla Səyyari deyib ki, hərbi donanmanın körfəzə göndərilməsinin səbəbi İranın su zolağında təhlükəsizliyin təmin edilməsidir.

PBS Newshour-a müsahibəsi zamanı cənab Kerri Birləşmiş Ştatların üsyançıları silahla təmin etməsini və bu ölkədən hər həftə Yəmənə gələn təyyarələrin sayı da daxil edilməklə, İranın üsyançılara yardımını yaxından izlədiyini bildirib.

İran prezidenti Həsən Ruhani bu gün televiziya ilə müraciəti zamanı Yəməndəki hava hücumlarının səhv addım olduğunu və heç bir nailiyyət əldə edilməyəcəyini deyib. İran prezidenti atəşkəsə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG