Accessibility links

Dövlət mediasının bildirdiyinə görə, 2013-cü ilin iyul ayında Yəməndə girov götürülən İran diplomatı azad edilib və atıq vətəninə dönüb.

İranın Sənadakı səfirliyində işləyən Nur Əhməd Nikbəxtin Əl-Qaidə yaraqlıları tərəfindən oğurlandığından şübhələnilir.

İRNA dövlət xəbər agentliyinin bildirdiyinə görə, İranın Xarici İşlər Nazirliyinin Ərəb və Afrika dövlətləri üzrə nazir müavini Hüseyin Əmir Abdullahian Nikbəxt Yəmənin çox təhlükəli bölgəsindən xüsusi Kəşfiyyat Nazirliyinin xüsusi təyinatlı qüvvələri tərəfindən hazırlanan əməliyyat nəticəsində azad edilib. İRNA Nikbəxtin onun azad edilməsində iştirak edənlərə təşəkkürünü bildirdiyini xəbər verib.

Yəməndə işləyən İran rəsmiləri Ərəbistan yarımadasında fəaliyyət göstərən Əl-Qaidə yaraqlıları tərəfindən bir neçə dəfə hədəf alınıb.

XS
SM
MD
LG