Accessibility links

Yəməndə iranlı diplomat qətlə yetirilib


Yəməndə iranlı diplomat qətlə yetirilib. Səhiyyə və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, iqtisadiyyat attaşesi Əli Əsgər Əsədi hərəkətdə olan avtomobildən açılan atəşin qurbanı olub.

Deyilənə görə, silahlı şəxslər onu oğurlamağa cəhd etmiş, lakin diplomat qaçmağa nail olduqda vurulmuşdur.

Yəməndə xaricilərin oğurlanması adi hal alıb. İyul ayında daha bir iranlı diplomat oğurlanıb. Onun hələ də Əl-Qaidə yaraqlılarının əlində olduğuna inanılır.
XS
SM
MD
LG