Accessibility links

İran yeni raket sınaqları keçirib


iran missile video
iran missile video

İran bildirib ki, güc nümayişi və hədələrə qarşı hazırlığı göstərmək üçün ölkə boyu bir neçə obyektdə ballistik raket sınaqdan keçirilib.

Bu sınaqlar ABŞ-ın qadağa qoyulmuş fəaliyyətlərlə bağlı 5 iranlıya və şirkətlər şəbəkəsinə yeni sanksiyalar tətbiq etməsindən 2 sonra həyata keçirilib.

BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra İran keçən oktyabr ayında həyata keçirilmiş iki raket sınağını müdafiə edərək bildirib ki, bu, milli təhlükəsizliyin təminatı məqsədi daşıyıb.

O zamandan bəri qüvvəyə minən yeni qətnaməyə görə isə İran dünya qüdrətləri ilə əldə etdiyi razılıq əsasında nüvə fəaliyyətlərindən geri çəkilməklə sanksiyalar yüngülləşdirilməsinə nail olub. Bu razılıq əsasən İranın nüvə silahı hazırlamaq narahatlıqlarını həll edib, ancaq İran heç zaman nüvə silahı hazırlamağa çalışdığını bildirməyib.

XS
SM
MD
LG