Accessibility links

İran nüvə danışıqlarında yeni yanaşma təklif edir



İran Qərblə Tehranın mübahisəli nüvə proqramı ətrafında danışıqların intenvisləşdiyi vaxt bir daha yeni yanaşma haqda təkliflə çıxış edib.

İranın xarici işlər nazirinin müavini Abbas Araxçı bu açıqlamanı Vyanada BMT-nin nüvə enerjisinə nəzarət agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı ilə birgə görüşdə verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi Qərbin İranın gizli olaraq nüvə silahları istehsalına çalışdığı haqda iddialarını araşdırır. İran nüvə proqramının dinc xarakter daşıdığını və nüvə silahı istehsalına çalışmadığını bildirməyə davam edir.

Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında danışıqlar bir neçə ildir durğunluq vəziyyətində idi.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktotu Yukiya Amano danışıqların davam etdirildiyi zaman konkret inkişafın əldə edilməsinin vacibliyini vurğulayıb.
XS
SM
MD
LG