Accessibility links

İranda zəlzələdən zərər çəkənlərə yardım göstərənlər nəzarət altına alınıb

  • Insafəli Hidayət

İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yardım göstərən 35 fəal nəzarət altına alınıb. Onların harada saxlandığı və hansı ittihamlarla üzləşdiyi bəlli deyil.

Xəbər Kələmə və Səham News veb səhifələri tərəfindən təsdiq edilib. Bildirilir ki, İranın təhlükəsizlik qüvvələri Sərənd kəndindəki düşərgəyə basqı edərək, insanları nəzarət altına alıb, düçərgə sakinlərinə məxsus əşyaları götürüb.

Nəzarət altına alınanlar arasında 1-i aktrisa olmaqla, 9 qadın və universitet tələbələri var.
XS
SM
MD
LG