Accessibility links

Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində 72 uşaq həlak olub

  • Insafəli Hidayət

Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 72 uşaq həlak olub. Onların 70-nin yaşı 18-dən aşağı olub.

Mehr xəbər agentliyi tibbi statistikaya istinadən bildirib ki, Qaradağ mahalında 258 azərbaycanlı dünyasını dəyişib. Onlardan 171-i qadın, 87-si kişidir. Ölənlərin 63.5 faizini qadınlar təşkil edir.

Azərbaycanın Təbriz, Əhər, Vərziqan, Heris şəhərləri və kəndlərində zəlzələ səbəbi ilə ölənlərin sayı barədə ziddiyyətli məlumatlar verilir. Bəziləri 319, digərləri isə 1500-2000 nəfərin həlak olduğunu deyir.

10-19 yaşlarında 10, 20-39 yaşlarında 54, 40-59 yaşlarında 38, 60-79 yaşlarında 58 nəfərin təbii fəlakətin qurbanı olduğu bildirilir.

80 yaşından yuxarı 24 adam həlak olub. 82 nəfərin yaşı 60-dan yuxarı idi.
XS
SM
MD
LG