Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində zindanların şəraiti tənqid edilir


Urmiyə
Urmiyə
İranın rəsmi xəbər agentliklərinin məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətinin Ədliyyə idarəsinin rəhbəri vilayətdəki zindanların şəraitini tənqid edib.

Sağlamlıq imkanları, gigiyena və xidmət baxımından zindanların vəziyyətinin bərbad olduğunu vurğulayan Təvəkkül Heydəri zindanların məhbusların mövcud sayı üçün yetərli olmadığını bildirib.

“Son illər vilayətdəki zindanların sahəsi genişlənməyib və həbsxanaların məhdud sahəsi sıxışıqlıq və bir çox başqa problem ortaya çıxarıb”-deyə ədliyyə rəhbəri söyləyib.

İSNA xəbər agentliyinin yazdığına görə, cənab Heydəri digər ölkələrlə müqayisədə İranda əhaliyə görə məhbus sayının daha artıq olduğunu qeyd edib.

“Bu rəqəm xüsusilə Qərbi Azərbaycanda daha yüksəkdir”-deyə o əlavə edib.
Təvəkkül Heydərin dediyinə görə, hazırda Qərbi Azərbaycan vilayətinin zindanlarında 2.76 faizi qadın olmaqla, 8 min 754 məhbus saxlanmaqdadır.
XS
SM
MD
LG