Accessibility links

İranın nazir müavini qətlə yetirlib


İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Səfdər Rəhmətabadi

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Səfdər Rəhmətabadi

Hadisənin motivləri barədə məlumat verilməyib

İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadi qətlə yetirilib.

İranın İRNA agentliyinin məlumatına görə o, noyabrın 10-da Tehranda öz avtomobilində güllələnib.

Naməlum şəxsin onun baş və sinəsinə atəş açdığı bildirilir.

Hadisənin motivləri barədə məlumat verilməyib.

"Dəlillər göstərir ki, atəş açmaqdan əvvəl, qatil Rəhmətabadi ilə avtomobildə söhbət edib", -polis zabiti deyib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG