Accessibility links

İran Xəzərin özünə aid sektorunda təhlükəsizlik kəməri yaradıb


İran Xəzərin özünə aid sektorunda təhlükəsizlik kəməri yaradıb
İran Xəzərin özünə aid sektorunda təhlükəsizlik kəməri yaradıb
İran Xəzərin özünə aid sektorunda təhlükəsizlik kəməri yaradıb.

Trend agentliyi bu barədə "Fars" informasiya agentliyinə istinadən məlumat verib.

İran Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının müavini, kontr-amiral Afşin Rzayi Həddada istinadən xəbər verib.

Həddad bildirib ki, İran digər Xəzəryanı dövlətlərlə bağlanan sazişlərə uyğun olaraq, öz ərazisində hər bir hərəkəti, hər bir fəaliyyəti müşahidə edir.

"Bununla da biz ölkənin maraqlarını müdafiə edirik"deyə o,bildirib.

Həddad onu da əlavə edib ki, Xəzəryanı dövlətlər tərəfindən iradə nümayişi Xəzərdə sülhün və sabitliyin bərqərar olmasına kömək edəcək və İranın təhlükəsizlik kəməri yaratmaq təşəbbüsü bu məqsədə xidmət edir.

Onun sözlərinə görə, İran əlaqələrin möhkəmləndirilməsi üçün Xəzəryanı dövlətlərdən birinə HDQ gəmilərindən ibarət qruplar göndərəcək.

O, gəmilərin göndəriləcəyi ölkənin adını çəkməsə də, artıq iki qrupun hazır olduğunu və yaxın vaxtlarda yola salınacağını bildirib.

2013-cü ilin iyununda İran HDQ-nin iki raket kateri - "Peykan" və "Cuşan" ilk dəfə Rusiyaya qeyri-rəsmi dost səfəri edib.
XS
SM
MD
LG