Accessibility links

İran və dünya qüdrətləri Vyanada nüvə danışıqlarının sonuncu raunduna hazırlaşır


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif

İran və dünyanın altı qüdrəti ölkəsinin nümayəndəsi nüvə danışıqlarının sonuncu raundunu keçirmək üçün Vyanada toplaşdığı vaxt İran nüvə proqramının sülh məramlı olduğuna təminat vermək üçün konkret addımlar atmağa hazır olduğunu, lakin təslimçi mövqed tutmayacağını bildirib.

İranın Xarici İşlər naziri YouTube veb saytında yerləşdirilən video mesajda vasitəçiləri gərignliyi artırmaq əvəzinə müzakirələr zamanı qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırıb.

Tərəflər yekun razılaşmasını iyulun 20-də son möhlət bitənə qədər əldə etməsə, ya da danışıqların uzanması və daha da çətinləşməsi riski ili qarşılaşa bilər. Keçən ay BMT və Qərbin sanksiyalarının qaldırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılığın əldə edilməsi cəhdləri boşa çıxmışdı.

ABŞ Dövlət katibi Con Kerri “Washington Post” qəzetində dərc olunmuş məqalədə yazıb ki, İran liderləri dünya ölkələrini lazım olduğu addımlar atmağa razı olmalıdır, əks halda onlar İranın diplomatik və iqtisadi təcridinə son qoymaq və xalqın həyatını yaxşılaşdırmaq kimi tarixi imkanı əldən verə bilərlər.

XS
SM
MD
LG