Accessibility links

Con Kerri: İranın nüvə proqramına dair danışıqlarda müəyyən inkişaf var


ABŞ Dövlət katibi Con Kerri deyib ki, İran diplomatları ilə dünyanın altı qüdrətli dövlətindən ibarət qrup arasında İranın nüvə proqramına dair keçirilən danışıqlarda müəyyən inkişaf əldə edilib, amma əsas məsələlərdə real fikir ayrılığı qalmaqdadır.

Con Kerri bu açıqlamaları Vyanada keçirilən görüşdən sonra verib.

O deyib ki, hər iki tərəf böyük səy göstərir və uzun müddətli razılığın bazar günü son möhlətə qədər əldə edilməsi mümkün ola bilər. O həmçinin deyib ki, İranın sülhməramlı nüvə proqramına malik olmaq hüququ ilə bağıə dair heç bir sual yoxdur.

İranın dövlət xəbər agentliyi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə istinadən bildirib ki, ABŞ nüvə danışıqlarında yaranmış "çıxılmaz vəziyyət"lə bağlı Vaşınqtonda siyasi qərarlar qəbul etməlidir. O, açıqlamaları ilə bağlı təfərrüatlara varmayıb.

Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranla sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan müvəqqəti razılığı keçən il əldə etmişdi.

XS
SM
MD
LG