Accessibility links

ABŞ nümayəndələri İranla nüvə proqramına dair danışıqları bu gün Cenevrədə davam etdirəcək.

ABŞ dövlət katibi Con Kerrinin iranlı həmkarı ilə sonuncu görüşü dünən başa çatıb. ABŞ rəsmisi deyib ki, xarici işlər naziri Cavad Zəriflə danışıqlar səmərəli olub.

İran rəsmisi ilə görüş Britaniya, Çin, Fransa, Rusiya və ABŞ diplomatlarının birgə iştirakı ilə keçiriləcək danışıqlardan öncəyə təsadüf edir. İranla son razılıq bu il iyulun 1-dək əldə olunmalıdır.

Böyük 5-lik İranın nüvə silahı istehsal etməyə qadir ola bilməməsi üçün uran zənginləşdirilməsi proqramını dayandırmasını istəyir. Bunun əvəzində İrana qarşı sanksiyaların aradan qaldırılacağı nəzərdə tutulur. İran isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

XS
SM
MD
LG