Accessibility links

İran prezidenti Həsən Ruhani nüvə razılaşmasına dair razılığı imzaladıqdan sonra İran Fransada Tehrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların ləğvindən faydalanmağa başlayıb.

İranın dövlət başçısı İran-Fransa biznes forumunda çıxış etməzdən əvvəl Parisdə rəsmi qarşılanıb. Forumda İran prezidenti investorlara İranın işgüzar əməkdaşlığa hazır olduğunu bildirib.

Qərbin İrana tətbiq etdiyi sanksiyalar qarşılığında Tehran nüvə proqramını məhdudlaşdırmağa razılaşdıqdan sonra İran üçün yeni era başlanıb.

Bu münasibətlə Fransaya səfər edən Həsən Ruhani prezident Fransua Ollandla da görüşüb.

​Fəallar İran prezidentinin səfərinə etiraz edərək, ölkədə edamlara qarşı şüarlar səsləndirib. Qadın fəallardan biri Paris körpüsündə yarı-çılpaq şəkildə asıldığını imitasiya edib. Qadının sinəsində İran bayrağı çəkilib.

XS
SM
MD
LG