Accessibility links

İranla ABŞ birbaşa təyyarə reyslərini bərpa edir və ortaq ticarət evi yaradır


Əbülfəzl Hicazi

Əbülfəzl Hicazi

İranla ABŞ arasında birbaşa təyyarə reysləri bərpa ediləcək və iki ölkə arasında ortaq ticarət evi yaradılacaq. Bunu jurnalistlərə İran Ticarət Evinin Rəyasət Heyətinin üzvü Əbülfəzl Hicazi deyib.

“Media forum” saytının məlumatına görə, noyabrın 27-də jurnalistlərə açıqlamasında Əbülfəzl Hicazi bildirib: “Bir ay içində Tehranla Vaşinqtonun ortaq ticarət evi yaradılacaq. Artıq bu ticarət evi Amerikada qeydiyyata alınıb. Ortaq ticarət evinin yaradılması iki ölkə arasında münasibətlərin bərpasına yardım göstərəcək. İran da özəl sektorun Amerika tərəfi ilə birgə fəaliyyət göstərməsinə icazə verib, bunun üçün şərait yaradıb.

İranla ABŞ arasında birbaşa hava reyslərinin bərqərar olunmasına da hazırlıq gedir. Biz buna tam hazırıq. Birbaşa uçuşlar Nyu-Yorkla İranın Kiş adası arasında olacaq. Kiş adası azad ticarət zonasıdır və Amerika vətəndaşları bu adaya gələrkən viza almayacaqlar”.
XS
SM
MD
LG