Accessibility links

İran həbsxanasında iki azərbaycanlı siyasi məhbus aclıq keçirir


Lətif Həsəni
Lətif Həsəni

Lətif Həsəni 25 gündür, Rza Şəhabi isə 11 gündür aclıq edir

İran həbsxanasında iki azərbaycanlı siyasi məhbus uzun müddətdir aclıq aksiyası keçirir. APA agentliyinin məlumatına görə, onlardan biri 25 gündür Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasını davam etdirən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri, doktor Lətif (Araz) Həsənidir. O, siyasi məhbusların hüquqlarının pozulmasına və onların ailələrinə təzyiq göstərilməsinə etiraz olaraq mayın 18-dən etibarən bu addımı atıb. Bəzi məlumatlara görə, A.Həsəni iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına köçürülüb.

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.

Digər azərbaycanlı siyasi məhbus isə 11 gündür Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında aclıq aksiyasını davam etdirən Rza Şəhabidir. O, iyunun 1-dən Tehranın Evin həbsxanasından hazırda qaldığı zindana sürgünə göndərilməsinə etiraz olaraq bu addımı atıb. Hazırda R.Şəhabinin kəskin aşağı qan təzyiqindən və boynundakı ağrılardan əziyyət çəkdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG