Accessibility links

Amnesty İnternational: İranda açıq və gizli şəkildə edamlar davam edir


Amnesty International

Amnesty International

Dini əqidəsinə görə 19 nəfər Xuzistanda, 13 nəfər Azərbaycanda, 8 nəfər isə Kürdüstanda tutulub

“Amnesty İnternational” beynəlxalq təşkilatı mayın 22-də insan hüquqlarına dair yeni hesabat yayıb.

“Media forum” saytının məlumatına görə, hesabatda deyilir ki, İranda açıq və gizli şəkildə edamlar davam edir, söz və ifadə azadlığı daha da məhdudlaşdırılır, dini azlıqlara qarşı təzyiqlər gücləndirilir: “Son bir ildə İranda 314 nəfər edam edilib. Bunlar xəbəri mediada yayımlanan edamlardır. Mötəbər qeyri-rəsmi mənbələrdən yayılan məlumatlara görə, 230 nəfər də gizli şəkildə edam edilib.

63 nəfər ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb. Daşqalaq yolu ilə hər hansı bir edam haqda məlumat yayılmasa da, hazırda İran zindanlarında daşqalaq yolu ilə edamını gözləyən 10 məhbusun saxlandığı bildirilir. Edam edilənlərin 71 faizi narkotiklə əlaqədar tutulsa da, onların məhkəməsi qapalı şəkildə keçirilib.

Ötən il İranda sünni məzhəbli vətəndaşlara qarşı təzyiqlər gücləndirilib. Dini əqidəsinə görə 19 nəfər Xuzistanda, 13 nəfər Azərbaycanda, 8 nəfər isə Kürdüstanda tutulub.

Hazırda 177 nəfər bəhainin də həbsdə saxlandığı, dini əqidəsinə görə təzyiqlərə məruz qaldığı bildirilir. İranda qadınlara, jurnalistlərə, cinsi azlıqlara qarşı təzyiq və repressiyaların gücləndirildiyi, bəzi hallarda müttəhimlərin bədən üzvlərinin kəsildiyi, işgəncələrə məruz qoyulduğu bildirilir”.
XS
SM
MD
LG