Accessibility links

İranda Şərqi Azərbaycan vilayətində peyk antenası əməliyyatı


Şərqi Azərbaycanda peyk antenalarına hücum

Şərqi Azərbaycanda peyk antenalarına hücum

Birinci dəfə evində peyk antenası aşkar edilən şəxs cərimələnəcək. Bu hal ikinci dəfə təkrarlansa, həmin adam həbs edilərək məhkəməyə veriləcək.


“İran polisi Şərqi Azərbaycan vilayətinin Binab şəhərində peyk antenalarına qarşı yenidən əməliyyatlara başlayıb”.
APA agentliyinin məlumatına görə, bu barədə Binab şəhərinin Polis İdarəsinin rəisi Əli Sultanveş Ramazan ayı öncəsi əxlaq və ictimai məsələlərinin müzakirə olunduğu və din xadimlərinin də iştirak etdiyi seminarda deyib.
O təəssüflə bildirib ki, İranda peyk antenalardan istifadə çox geniş yayılıb: “Buna baxmayaraq, polislərimiz yenidən sistemli şəkildə evlərdən peyk antenalarını toplamağa başlayıblar. Birinci dəfə evində peyk antenası aşkar edilən şəxs cərimələnəcək. Lakin bu hal ikinci dəfə təkrarlansa, həmin adam həbs edilərək məhkəməyə veriləcək. Bu işdə polisə kömək olması üçün din xadimlərindən də yardım istəyirik. Siz Ramazan ayında məscidlərdə peyk antenaların zərəri və qadağan olması ilə bağlı məlumatlar verərək, xalqı ayıltmağa kömək edin”.
Ə. Sultanveş Binab şəhərində geyim və hicabla bağlı da əməliyyatların keçirildiyini əlavə edib: “Ötən günlər Binab şəhərində geyim və hicab qaydalarına əməl etməyən 40 qız polis bölməsinə aparılaraq, onlardan izahat alınıb və ailələrinə təhvil verilib. Bu hal ikinci dəfə təkrarlansa, həmin qızlar cəzalandırılması üçün məhkəməyə veriləcək”.
XS
SM
MD
LG