Accessibility links

Elçin Hatəmi: İrandakı məhbuslarla bağlı xəbər yaymaq çətindir [Audio]


Elçin Hatəmi
Elçin Hatəmi
Milli fəal və sabiq siyasi məhbus Elçin Hatəmi Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibədə İran təhlükəsizlik məmurları tərəfindən tutulan azərbaycanlı fəalların xəbərlərinin yayılması ilə bağlı çətinlikləri və bu sahədə öz fəaliyyətlərini şərh edib.

Elçin Hatəmi: İrandan məhbuslarla bağlı xəbər yaymaq çətindir
please wait

No media source currently available

0:00 0:12:59 0:00

“Ölkə içində yaşayan fəallara məhbuslarla bağlı xəbər yaymağa imkan verilmir. Xəbər yaymaq sahəsində açıq şəkildə fəaliyyət göstərmək istəyənlər əsasən İran İslam Respublikasının maraqları istiqamətində hərəkət etməlidirlər,” deyə Türkiyədə mühacirət həyatı yaşayan milli fəal söyləyib.

Əsas çətinlik elə məhbusların yaxınları ilə əlaqə yaratmaq məsələsidir. İran höküməti telefon xətləri və internet şəbəkəsi üzərində nəzarət tətbiq edir. Ama buna baxmayaraq, məhbusların ailələri və yaxınları özlərini təhlükəyə ataraq xəbərlərin yayılmasında əməkdaşlıq edirlər
Elçin Hatəmi tutulan fəallar və siyasi məhbusların durumu ilə bağlı xəbərlərin yayılmasında muxtəlif media qurumları ilə qeyri-rəsmi qaydada əməkdaşlıq etdiyini bildirib. O,bu məlumatı məhbusların yaxınları və ailələri ilə internet və telefon vasitəsi ilə əlaqə saxlayaraq əldə etdiyini deyir.

“Bu haqda əsas çətinlik elə məhbusların yaxınları ilə əlaqə yaratmaq məsələsidir. İran höküməti telefon xətləri və internet şəbəkəsi üzərində nəzarət tətbiq edir. Ama buna baxmayaraq, məhbusların ailələri və yaxınları özlərini təhlükəyə ataraq xəbərlərin yayılmasında əməkdaşlıq edirlər,”deyə cənab Hatəmi əlavə edib.

Milli fəalın sözlərinə görə, məhbuslarla əlaqəli xəbərlərin etibarlı mediada yayılıb və beynəlxalq insan haqları qrupları tərəfindən diqqətə alındığı zaman İran höküməti həbsdə saxladığı fəallara təzyiqləri azaltmağa məcbur olur.

Elçin Hatəmi özünün də keçmişdə dəfələrlə həbsə alınıb, uzun müddət təkadamlıq kamerada saxlandığı və təhlükəsizlik məmurları tərəfindən sorğu-suala çəkildiyi üçün həbs və məhkəmə proseslərini yaxşı tanıdığını və bu təcrübələrin indiki fəaliyyətlərində yararlı olduğunu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG