Accessibility links

Məhbuslardan ikisi əhalinin gözü qarşısında edam edilib

İranın Şiraz şəhərində 5 nəfər edam olunub. APA agentlinin məlumatına görə, məhbuslardan ikisi əhalinin gözü qarşısında, üçü isə Adilabad həbsxanasında dara çəkilib.

Onlardan yalnız şəhər meydanında edam olunanların ad və soyadlarının baş hərfləri verilib. Bunlar İ.P. və İ.Z-dir. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Onların barəsində Şiraz İnqilab Məhkəməsi edam hökmü çıxarıb və İranın Ali Məhkəməsi də qərarı təsdiqləyib. Məhbuslar oktyabrın 7-də səhər saatlarında dara çəkiliblər.

Qeyd edək ki, İran edam sayına görə Çindən sonra dünyada ikinci yeri tutur.
XS
SM
MD
LG