Accessibility links

İranın Şiraz şəhərində 7 nəfər edam olunub


İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib
İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib

Son bir ildə İranda 488 nəfərdən çox şəxs edam olunub

Bu gün İranın Şiraz şəhərində 7 nəfər edam olunub.

Trend agentliyinin məlumatına görə, həmin şəxslər narkotik maddələrin qanunsuz dövriyyəsi və satışında ittiham olunaraq edam cəzasına məhkum edilib. Onlardan 5 nəfəri Şiraz şəhərində küçədə əhalinin gözü qarşısında, 2 nəfər isə həbsxanada edam olunub.
Qeyd edək ki, son bir ay ərzində Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər edam olunub.

Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub. Məlumata əsasən, bu müddət ərzində 333 nəfərdən çox şəxs isə edam cəzasına məhkum olunub. Edam olunan şəxslərin 33 faizi narkotik qaçaqmalçılığı, 13 faizi isə zorlamada ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.
XS
SM
MD
LG