Accessibility links

İranda yeddi nəfər edam olunub


İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib

İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib

Onlar narkotik qaçaqmalçılığında və qadına təcavüzdə ittiham edilib

İranın İsfahan şəhərində 7 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, dara çəkilən məhbusların 6-sı narkotik maddələrin qaçaqmalçılığında, biri isə təcavüzdə günahlandırılıb.

Hökm İsfahan İnqilab Məhkəməsi tərəfindən çıxarılıb. Edam olunan 6 nəfərdən həm silah, həm də 300 kq tiryək, 65 kq krak və heroin götürülüb. Eyni zamanda onların keçmişdə adam oğurluğu ilə də təqsirləndirildiyi bildirilib. Dara çəkilən digər məhbus isə soyuq silahla bir evə daxil olaraq onun sakininə təcavüz edib. Edam olunan şəxslərin ad və soyadları açıqlanmasa da, məhbusların 25-45 yaşları arasında olduğu qeyd edilib.

Hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İsfahan şəhərinin mərkəzi həbsxanasında icra edilib.
XS
SM
MD
LG