Accessibility links

Məhbuslar narkotik qaçaqmalçılığında günahlandırılıb

İranın Qərbi Azərbaycan vilayətində 8 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, onlardan 5 nəfəri kişi, 3 nəfəri qadındır.

Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlar sentyabrın 25-də gecə saatlarında edam edilsələr də, ancaq xəbər indi yayılıb.

Edam edilən qadın məhbusların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb. Digər 5 nəfərin ad və soyadı isə Aydın Səlamət, Firuz Mədəni, Rəsul Kolhər, Bəhram Təbəri və Abdullah Qodsidir.
XS
SM
MD
LG