Accessibility links

Edamlar Təbriz, Yəzd, Zahidan və Xonc şəhərlərində olub

İranın Şərqi Azərbaycan vilayətində 9 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, məhbuslardan 6-sı qətldə günahlandırılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasının 9-cu bəndində, üçü isə narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə digər bəndlərdə dara çəkilib.

Onların ad və soyadları açıqlanmayıb. Edamlar ötən həftə icra edilsə də, bu barədə heç bir rəsmi mətbu orqan xəbər dərc etməyib.

Agetnliyin bu gün yaydığı digər məlumatda isə İranda daha 8 adamın edam edildiyi bildirlir.

Belə ki, məhbuslardan 6-sı narkotik maddələrin qaçaqmalçılığında, 2-si isə qətldə günahlandırılaraq dara çəkilib.

Əbdüləziz, Səid, Sirus və Əbülfəzl adlı məhbuslar, eyni zamanda yalnız ad və soyadları açıqlanmayan iki məhkum müəyyən miqdarda narkotik maddələrin daşınması və saxlanılmasında ittiham edilərək noyabrın 21-də səhər saatlarında İranın Yəzd şəhərinin mərkəz həbsxanasında edam olunublar. Onların əfv müraciətləri rədd edilib və edam qərarı İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Bundan əlavə, İranın Zahidan və Xonc şəhərlərində iki nəfər dara çəkilib. Onlardan birincisi qətl ittihamı ilə Zahidan şəhərinin mərkəzi həbsxanasında, ikincisi isə həm qətl, həm də təcavüz suçundan Xonc şəhərinin “Məscide Came” meydanında əhalinin gözü qarşısında edam edilib. Məhbusların ad və soyadları açıqlanmayıb.
XS
SM
MD
LG