Accessibility links

Edam edilənlərin əksəriyyəti qanunsuz narkotik ilə ittiham edilib

Ötən həftə İranda 18 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Edamlar İranın Əlborz, Loristan, Mazandaran, Qəzvin və Gilan vilayətlərində həyata keçirilib.

Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətində 5 nəfər asılıb. Ancaq onların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb. Bu məhbuslardan bəziləri narkotik maddələrin qaçaqmalçılığı ilə Urmiya şəhərinin mərkəzi həbsxanasında edam ediliblər.

Eyni zamanda Delfan rayonunun kəndlərinin sakinləri olan 3 məhbus narkotik maddələri daşımaq və satmaq ittihamı ilə Malayer rayonunda dara çəkiliblər. Bundan başqa, bir məhbus qətldə günahlandırılaraq Sari şəhərində edam edilib. Qəzvin şəhərinin “Ana” meydanında isə bir nəfər narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq əhalinin gözü qarşısında asılıb. Eyni zamanda həmin şəhərdə qətldə günahlandırılan Hadi Həmidi Zare və Həmzə Ramazani də edam edilib. Bundan əlavə, Kərəc şəhərinin Qızılhasar həbsxanasında 7 nəfər narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək dara çəkilib.
XS
SM
MD
LG