Accessibility links

Sənədlər iqtisadi sahədə əməkdaşlığın inkişafını təşviq edir

İranın Şərqi Azərbaycan əyaləti və Ermənistanın Sünik vilayəti arasında dörd memorandum imzalanıb.

Ermənistan nümayəndə heyətinin İranın Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Tehran və İrəvan arasında iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma haqqında dörd memorandum imzalanıb.

APA agentliyinin əbərinə görə, sənədləri Təbrizdə İranın Şərqi Azərbaycan əyalətinin və Ermənistanın Sünik vilayətinin məmurları imzalayıb.

Memorandumlara uyğun olaraq adı çəkilən bölgələr heyvandarlıq, veterinar və birgə aqrar-sənaye müəssisələrinin yaradılması sahələrində qarşılıqlı əməkdaşlığı və ikitərəfli münasibətləri dərinləşdirəcəklər. Bundan başqa, İran Ermənistana kombayn və traktorlar ixrac edəcək.

Show comments

XS
SM
MD
LG