Accessibility links

İslahat tərəfdarı olan fəalların evlərində axtarış aparılıb, onlara məxsus kompüterlər, əlyazmalar və bir sıra şəxsi əşyalar götürülüb

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, prezidentliyə namizədliyi rədd olunmuş ayətullah Haşimi Rəfsəncaninin seçki qərargahının 4 üzvü tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kohkiluye və Boyer Əhməd əyalətindəki əməkdaşları iyunun 2-də Rəfsəncaninin seçki qərargahının rəisi Ziyaəddin Rza Tofiqi və qərargahın digər üzvləri Rza Əsgəri, Qasım Yəzdani və Əsgər Erfanizadəni evlərində tutub bilinməz istiqamətə aparıblar.

İslahat tərəfdarı olan fəalların evlərində axtarış aparılıb, onlara məxsus kompüterlər, əlyazmalar və bir sıra şəxsi əşyalar götürülüb. Tutulanların konkret nədə günahlandırıldığı, hazırda harada saxlandığı bilinmir.
XS
SM
MD
LG