Accessibility links

İranda azərbaycanlı fəallara həbs cəzası verilib


Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə (Yekanlı)
Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə (Yekanlı)

Onlar separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda və ölkə rəhbərliyini təhqir etməkdə günahlandırılır

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizəyə görə həbs edilən, 3 ay əvvəl mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılan fəallar Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə (Yekanlı) həbs cəzası çıxarılıb.

“Media forum” saytının məlumatına görə, Təbriz məhkəməsi Rəsul Rəzəvini sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq 1 il həbsə məhkum edib. Hüseyn Əliməhəmmədi və Taha Kirmani sistemə qarşı təbliğat aparmaq və ölkə rəhbərliyini təhqir etmək ittihamı ilə 3 il həbs cəzası alıb. Məhkəmə fəallara qarşı əvvəl irəli sürülən digər ittihamları aradan qaldırıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Hüseyn Əliməhəmmədi və Taha Kirmanini 2013-cü il noyabrın 4-də, Rəsul Rəzəvini isə dekabrın 4-də tutmuşdu. Azərbaycanlı fəallar Təbrizin “Tiraxtur” futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda, sistemə qarşı təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və ölkə rəhbərliyini təhqir etməkdə günahlandırılmışdılar.

6 aya yaxın Təbrizin mərkəzi zindanında saxlanan fəallar aprelin 15-də ağır mülk girovu qoyaraq müvəqqəti azadlığa buraxılmışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG