Accessibility links

BMT-də hesabat: İranda insan hüquqlarının durumu kəskin pisləşib


BMT-nin İranda insan haqları üzrə xüsusi təhqiqatçısı Əhməd Şahid

BMT-nin İranda insan haqları üzrə xüsusi təhqiqatçısı Əhməd Şahid

İranda edamları, təzyiq altında ifadə alınması, seçkilərin qeyri-azad keçirilməsi, sərbəst toplaşmaq və ifadə azadlığının kobud pozulması ciddi narahatlıq doğurur

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid yeni hesabat yayıb.

“Media forum” saytının məlumatına görə, fevralın 28-də BMT İnsan Hüquqları Şurasının saytında yerləşdirilən hesabatda deyilir: “İranda son iki ildə insan hüquqlarının durumu kəskin pisləşib. İranda edamların sayının artması, təzyiq altında yalançı etirafların alınması, seçkilərin qeyri-azad keçirilməsi, sərbəst toplaşma və ifadə azadlığı haqqının kobud şəkildə pozulması, dinc müxaliflərə qarşı işgəncələrin çoxalması ciddi narahatlıq doğurur.

İranda həmçinin qadın hüquqlarının məhdudlaşdırılması, dini və milli azlıqların hüquqlarının kobud şəkildə pozulması, eləcə də homoseksuallara və digər cinsi azlıqlara qarşı təzyiq və təhdidlərin vüsət alması barədə xəbərlər beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

Biz İran hökumətindən vətəndaş cəmiyyəti uğrunda çalışdıqları üçün tutulub həbsə salınan dinc fəalları, eləcə də məhbus jurnalistlərlə tələbələri dərhal azadlığa buraxmasını və edamlara son qoymasını istəyirik. İran rəsmilərindən insan hüquqları ilə bağlı üzərinə götürdükləri beynəlxalq öhdəlikləri yerinə yetirməyi, din, məzhəb və əqidə azadlığına hörmətlə yanaşmağı tələb edirik”.
XS
SM
MD
LG