Accessibility links

İranda rus qadınlara hicab taxmaları üçün pul ödənilir


Hicab
Hicab

Buna baxmayaraq Buşehr Atom Elektrik Stansiyasında işləyən rus qadınlar hicaba lazımi qədər riayət etmir


İran parlamentinin deputatı Mehdi Musəvinejad dekabrın 20-də jurnalistlərə açıqlamasında Buşehr Atom Elektrik Stansiyasında işləyən rus qadınların hicaba lazımi qədər riayət etməməsindən gileylənib.

“Media forum” saytının məlumatına görə, axund Mehdi Musəvinejad deyib ki, hökumət Buşehr stansiyasında çalışan rus qadınlara maaşdan başqa hicab taxmaları üçün ayrıca pul da ödəyir: “Buşehr stansiyasında işləyən rus qadınlar ayrıca hicab haqqı alır, lakin hicaba lazımi qədər riayət etmirlər. Burada rus mühəndislərin və onların ailə üzvlərinin yaşaması üçün ayrıca yer nəzərdə tutulub. Amma ruslar hər halda şəhərin küçələrinə də çıxır, bazarlara gedib-gəlirlər. Lakin hicab qaydalarına lazımınca riayət etmirlər.

Buşehrdə işləyən rusların İran qanunlarına və buradakı islam adət-ənənələrinə riayət etməsi vacibdir. Bu haqda fikirləşmək, müəyyən tədbirlər görmək və problemin həllinə çalışaq lazımdır”.
XS
SM
MD
LG