Accessibility links

İranda daha bir islahatçı jurnalist tutulub


“Mehrnamə” aylıq jurnalının əməkdaşı Məhəmmədcavad Ruh
“Mehrnamə” aylıq jurnalının əməkdaşı Məhəmmədcavad Ruh

ETTELAAT yanvarın 26-dan indiyədək daha 18 jurnalisti saxlayıb

İranda islahatçı jurnalist, “Mehrnamə” aylıq jurnalının əməkdaşı Məhəmmədcavad Ruh tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Məhəmmədcavad Ruhu martın 3-ü axşam saatlarında evindən bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, jurnalistə məxsus kompüter, CD-lər və digər şəxsi əşyalar götürülüb.

ETTELAAT əməkdaşları yanvarın 26-dan bəri daha 18 jurnalisti tutub. Xarici ölkələrin media quruluşları, o sıradan da BBC ilə əməkdaşlıqda günahlandırılan jurnalistlərdən 14-ü (Mütəhhirə Şəfiyi, Əli Dehqan, Tatimə Sağərçi, Cavad Dəliri, Hüseyn Yağçı, Keyvan Mehreqan, Emili Əmrai, Nərgiz Cudəki, Reyhanə Təbatəbayi, Əkbər Müntəcəbi, Puriya Aləmi, Milad Fədai Əsl, Süleyman Məhəmmədi və Pejman Musəvi) şərti azad ediliblər.
XS
SM
MD
LG