Accessibility links

İran kinematoqrafçıları etiraz aksiyası keçiriblər


İran kinematoqrafları etiraz aksiyası
İran kinematoqrafları etiraz aksiyası

Etiraza səbəb İran Kino Evinin bağlanmasıdır

İyulun 18-də səhər saatlarında İran kinematoqrafları etiraz aksiyası keçiriblər. APA agentliyinin məlumatına görə, buna səbəb İran Kino Evinin bağlanmasıdır.

İran Kino Evinin qarşısında keçirilən aksiyaya yalnız Tehran Şəhər Polis İdarəsinin rəisi Hüseyn Sacidinyanın müdaxiləsindən sonra son verilib. Polis rəisi kinematoqraflara iyulun 28-dək heç kimə İran Kino Evini öz mülkiyyətinə çevirməyə imkan verməyəcəyinə söz verib:

“İran prezidenti və ölkənin islami irşad və mədəniyyət nazirinin səyləri nəticəsində problemin həll ediləcəyinə ümid edirəm”.

Qeyd edək ki, İran Kino Evi 1986-cı ildən fəaliyyət göstərir. Film istehsalı ilə məşğul olan təşkilatda rejissorlar, aktyor heyəti və başqa incəsənət adamları çalışır. 2009-cu il mübahisəli prezident seçkilərindən sonra təşkilata üzv olan bir çox rejissorlar hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilib. Bir müddət öncə İran İslami İrşad və Mədəniyyət Nazirliyi qanunsuz fəaliyyətdə ittiham etdiyi İran Kino Evinin bağlanması tələbilə məhkəməyə müraciət edib. Ancaq İran İslami İrşad və Mədəniyyət Nazirliyi məkəmənin qərarını gözləmədən 2011-ci ilin sonlarında İran Kino Evini bağlayıb.

Lakin təşkilatın vəkili belə bir qərara etiraz edərək bunu qanunsuz adlandırıb. Çünki İran qanunvericiliyinə görə, təşkilatı bağlamaq qərarını nazirlik yox, məhkəmə verir.
XS
SM
MD
LG