Accessibility links

İranda kompüter və mobil telefonların idxalına qadağa götürülüb


Kompyuter hakerləri CIA-nin veb səhifəsini pozublar

Kompyuter hakerləri CIA-nin veb səhifəsini pozublar

İdxalına qadağa qoyulmuş əmtəələrin siyahısına yenidən baxılıb, kompüter və mobil telefonların idxalına qoyulmuş qadağa götürülüb

İranda kompüter və mobil telefonların idxalına qoyulmuş qadağa ləğv edilib.

“Media forum” saytının məlumatına görə, Ticarətin İnkişafı Təşkilatının idxal və ixrac qanunları bürosunun baş direktor müavini Sasan Xodayi noyabrın 13-də jurnalistlərə açıqlamasında deyib ki, bir həftə əvvəl qoyulmuş qadağalar bir sıra əmtəələrin bazarında ciddi böhran və hərc-mərclik yaradıb.

“İdxalına qadağa qoyulmuş əmtəələrin siyahısına yenidən baxılıb, kompüter və mobil telefonların idxalına qoyulmuş qadağa götürülüb. Hazırda kompüterin bəzi hissələri, o sıradan da “mouse” və “klaviatura” ölkədə istehsal edilir. Elə buna görə də həmin malların idxalı ilə qadağa qüvvədə saxlanır”.

Noyabrın 7-də İranda 77 əmtəənin ölkəyə gətirilməsinə qadağa qoyulub. Qadağanı İranın Sənaye, Mədən və Ticarət Nazirliyi tətbiq edib. İdxalı qadağan edilən əmtəələr arasında avtomobil, motosiklet, bəzi ev əşyaları, geyim, kosmetik və gigiyenik mallar, uşaq oyuncaqları, lampa növləri, disklər və CD-lər, batareyalar, qabyuyan, paltaryuyan maşınlar, soyuducular, bir sıra kənd təsərrüfatı avadanlıqları və digər malların adları var.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda ölkəyə gətirilməsini qadağan etdiyi malları “lüks”, “qeyri-zəruri” mallar adlandırıb.
XS
SM
MD
LG