Accessibility links

İran məhkəməsi Azərbaycanlı şairlərlə bağlı qərarını sentyabrda elan edəcək


Fərid Hüseyn və Şəhriyar Hacızadə

Fərid Hüseyn və Şəhriyar Hacızadə

Mayın 2-dən həbsdə olan Azərbaycan şairlərinin hələ də vəkili yoxdur. İran tərəfi faktiki olaraq onlara vəkil verməkdən imtina edir

Məhkəmənin Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin işi üzrə qərarı 15-20 gün sonra veriləcək. Bu barədə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələrinə prosesi aparan hakim bildirib, deyə Azərbaycan XİN-in mətbuat katibi Elmar Abdullayev bugünki brifinqdə bildirib.
Maraqlıdır ki, mayın 2-dən həbsdə olan Azərbaycan şairlərinin hələ də vəkili yoxdur. İran tərəfi faktiki olaraq onlara vəkil verməkdən imtina edir. Abdullayevin sözlərinə görə, İran hakimiyyəti indiyədək gənc şairlərin nədə ittiham olunduğunu elan etməyib.
Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin sonlarında İranlı həmkarlarının dəvəti ilə ədəbi məclisin təqdimatında iştirak etmək üçün İrana gediblər. Tehrandan qayıdarkən onlar Təbrizdə saxlanılıblar. Onlara qarşı hələ də rəsmi ittiham irəli sürülməyib, həbslərinin səbəbləri barədə rəsmi izahat verilməyib.
Məhkəmə bir neçə həftə əvvəl başlayıb, amma İran hakimiyyətinin şairlərdən nə istədiyini aydınlaşdırmayıb.
XS
SM
MD
LG