Accessibility links

Azərbaycan-İran sərhədi - Naxçıvana quru yolu bağlanıb


Ermənstan-Azərbaycabn münaqişəsi (xəritə)

Ermənstan-Azərbaycabn münaqişəsi (xəritə)

Yolun bağlanmasının əsl səbəblərinə müxtəlif baxış var

İranın Azərbaycanla sərhəd-keçid məntəqələri qismən açılıb. Bu barədə Amerikanın Səsinə Naxçıvanda sərhəd-keçid məntəqələrində İrana səfər edən turistlərdən bəlli olub.

Belə ki, noyabrın 11-də səhərdən İrana piyada keçən turistlər buraxılıb. Amma avtomobillərin hərəkəti hələ də bərpa olunmayıb. Bu gün Naxçıvandan İran ərazisi vasitəsi ilə Bakıya gələn avtobuslara yenə bilet satılmayıb.

Bununla yanaşı, sərhəddin açılıb-açılmaması barədə hər hansı rəsmi məlumat verilmir. Nə Azərbaycan Dövlət Sərhəd Xidməti, nə Gömrük Komitəsi rəsmi məlumat yaymayıb. Amerikanın Səsinin müxbirinin telefon zənglərinə isə nə Bakıda, nə də Naxçıvanda cavab verən olmayıb.

İranın Bakıdakı səfirliyi də sərhəddin açılması ilə bağlı hələ məlumat yaymayıb.

Noyabrın 5-də Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Sürücü atəşdən yayına bilib, amma traktora bir neçə güllə dəyib.

Noyabrın 6-da Azərbaycan həmin ərazidəki Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini İran tərəfini xəbərdar edərək müvəqqəti olaraq bağlayıb. Noyabrın 7-də isə İran Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bu Azərbaycanla Naxçıvan arasına quru yolunun bağlanması deməkdir. Belə ki, Azərbaycan-İran razılaşmasına görə Naxçıvan Muxtar Respublikasının Ermənistanın təcavüzü nəticəsində blokadaya alınmasına rəğmən İran öz ərazisi vasitəsi ilə Naxçıvana avtomobillərinin gedib-gəlməsinə icazə verib.

Sərhəddin bağlanmasını ilə bağlı İran səfirliyinin mətbuat xidmətinin rəhbəri belə izah edib: “İran dövləti Azərbaycan Respublikası sərhədçilərinin qeyri-adi əməli qarşısında iki gün dözüm nümayiş etdirdi və Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədilə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağladı”.

Bununla yanaşı bir çox müşahidəçilər İran və Azərbaycan arasında sərhəd mübahisəsinin əslində heç də traktor məsələsi olmadığını düşünür. Burada əsas problem İranın Azərbaycan ərazisindən narkotik tranziti maraqlarının qarşısının alınmasıdır. Belə ki, Azərbaycana gətirilən narkotiklərin əksər hissəsi İran-Azərbaycan sərhəddi vasitəsi ilə daşınır. Həmçinin, Azərbaycan rəsmiləri İranın Azərbaycanın Ermənistanın işğalında olan Dağlıq Qarabağ bölgəsi vasitəsi ilə narkotik daşıdığını dəfələrlə bildirib.

Bəzi şərhçilər isə Rusiyada azərbaycanlı miqrantlara qarşı başlanan ayrı-seçkilikdən sonra, İrandan da Azərbaycana qarşı təzyiqlərin başlanacağını istisna etmir.
XS
SM
MD
LG