Accessibility links

İranın nüvə proqramı ilə bağlı Lozannada qərarlaşdırılmış əsas amillər


Lozanna görüşü
Lozanna görüşü

ABŞ-ın Azərbaycandakı səfirliyi İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının amillərini yayıb.

ABŞ səfilriyinin rəsmi internet səhifəsində yerləşdirilmiş sənədi təqdim edirik:

İran İslam Respublikasının Nüvə Proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının amilləri

Aşağıda İran İslam Respublikasının nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının İsveçrənin Lozanna şəhərində qərarlaşdırılmış əsas amilləri verilmişdir. Bu elementlər iyunun 30-na qədər tərtib olunacaq Hərtərəfli Birgə Fəaliyyət Planının yekun mətni üçün zəmin hazırlayaraq, 5+1 qrupu, Avropa İttifaqı və İran arasında aparılan müzakirələrdə əhəmiyyətli inkişafı əks etdirir.

Əsas icra detalları hələ də danışıqlardan asılıdır və hər şey razılaşdırılmayınca heç bir qərar verilməyəcək. Biz növbəti aylar ərzində bu amillərə əsaslanan Hərtərəfli Birgə Fəaliyyət Planını tamamlamaq üzərində işləyəcəyik.

Zənginləşdirilmə

İran quraşdırılmış sentrifuqalarının təxminən 2/3-ni azaltmağa razılıq verib. Bu sentrifuqaların sayı hal-hazırda təxminən 19000-dir. Razılaşma əsasında bu say 6104-ə qədər azalacaq və bunlardan yalnız 5060-ı 10 il ərzində uranın zənginləşdirilməsi üçün nəzərdə tutulub. Bütün 6104 sentrifuqa İranın birinci nəsil sentrifuqası olacaq.

İran minimum 15 il ərzində uran ehtiyatlarını yalnız 3.67 %-dək zənginləşdirməyə razıdır.

İran 10000 kq- a bərabər olan cari aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını 15 il üçün 3,67 % olmaqla 300 kq-a qədər azalatmağa razıdır.

Bütün əlavə sentrifuqa və zənginləşdirmə infrastrukturu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində saxlanacaq və yalnız fəaliyyət göstərən sentrifuqa və avadanlıqları əvəz etmək üçün istifadə olunacaq.

İran 15 il ərzində uranın zənginləşdirilməsi məqsədilə heç bir yeni obyekt tikməyəcəyinə razılıq verib.

Başlanğıc dövrü - İranın bir silah üçün kifayət qədər parçalanan materialı əldə etməsi üçün lazım olan müddət - hal-hazırkı hesablamalara əsasən 2-3 aydır. Bu dövr ən azı 10 il müddətində minimum 1 ilə qədər artırılacaq.

İran Fordo nüvə təsisatının istiqamətini dəyişəcək, beləliklə daha bundan uranın zənginləşdirilməsi üçün istifadə olunmayacaq.

İran minimum 15 il ərzində Fordodakı uran ehtiyatlarını zənginləşdirməməyə razıdır.

İran Fordodakı təchizatından yalnız sülh məqsədləri – nüvə, fizika, texnologiya, tədqiqat mərkəzi üçün istifadəyə razıdır.

İran 15 il ərzində Fordoda uranın zənginləşdirilməsi ilə bağlı heç bir tədqiqat və təkmilləşdirmə aparmayacağına razıdır.

İran 15 il ərzində Fordoda heç bir parçalanan materiala sahib olmayacaq.

Fordoda yerləşən sentrifuqaların və infrastrukturun 2/3-i ləğv ediləcək. Yerdə qalan sentrifuqalar uranı zənginləşdirməyə xidmət göstərməyəcək. Bütün sentrifuqa və infrastruktur Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində saxlanacaq.

İran 10 il ərzində təkcə 5060 ədəd birinci nəsil sentrifuqa ilə yalnız Nətənz nüvə təsisatında uranı zənginləşdirəcək.

İran daha təkmil sentrifuqalarını kənarlaşdıraraq yalnız birinci nəsildən (İR-1 modeli) istifadə etməklə uranı zənginləşdirməyə razılaşıb.

İran hal-hazırda Nətənz nüvə obyektində quraşdırılmış 1000 ədəd İR-2M sentrifuqalarını kənarlaşdıraraq onları 10 il ərzində AEBA-nın nəzarətində saxlayacaq.

İran minimum 10 il ərzində zənginləşdirilmiş uran istehsal etmək üçün İR-2, İR-4, İR-5, İR-6 və İR-8 modellərindən istifadə etməyəcək. İran 5+1 qrupunun razılaşdırdığı cədvəl və amillərə əsasən özünün təkmil sentrifuqalarından məhdud sayda tədqiqat və təkmilləşdirmə üçün istifadə edəcək.

10 il ərzində minimum bir illik başlanğıc dövrünü təmin etmək üçün zənginləşdirmə, zənginləşdirmə tədqiqatı və təkmilləşdirməni məhdudlaşdırılacaq. 10 ildən sonrakı müddətdə də İran AEBA-ya təqdim etdiyi və Hərtərəfli Birgə Fəaliyyət Planında göstərilmiş zənginləşdirmə tutumunda müəyyən məhdudiyyətlə nəticələnən Əlavə Protokol əsasında zənginləşdirmə, zənginləşdirmə tədqiqatı və təkmilləşdirmə planına əməl edəcək.

Yoxlama və Şəffaflıq

AEBA-nın İranın Nətənz nüvə obyekti, Fordodakı keçmiş zənginləşdirmə təsisatı və müasir monitorinq texnologiya da daxil olmaqla bütün nüvə obyektlərinə daimi çıxışı olacaq.

İnspektorların İranın nüvə proqramını dəstəkləyən təchizat zəncirinə çıxışı olacaq. Yeni şəffaflıq və yoxlama mexanizmi gizli proqrama qarşı təxribatın qarşısını almaq üçün material və komponentlərə nəzarət edəcək.

İnspektorların uran mədənlərinə çıxışı olacaq və İranın 25 ildir “sarı tort” (uran tozu) istehsal etdiyi uran zavodları onların nəzarətində olacaq.

İnspektorların 20 il ərzində İranın sentrifuqa rotorları, körük istehsalı və saxlama anbarlarına daimi nəzarəti olacaq. İranın sentrifuqa istehsal bazası dondurulacaq və daimi nəzarətdə olacaq.

Fordo və Nətənzdən çıxarılan bütün sentrifuqa və zənginləşdirmə infrastrukturu AEBA-nın daimi nəzarətində saxlanacaq.

Əlavə şəffaflıq tədbiri kimi müəyyən nüvə əlaqəli və ikili istifadə edilən material və texnologiyanın İrana çatdırılması, satışı və köçürülməsinə ayrıca nəzarət etmək və təsdiqləmək üçün İranın nüvə proqramı üçün xüsusi tədarük kanalı yaradılacaq.

Iran AEBA-nın əlavə edilmiş Protokolunu icra etməsinə razılıq verərək, AEBA-ya İranın nüvə proqramına, onun haqda məlumatlara həmçinin iddia edilmiş və iddia edilməmiş qurğulara daha çox giriş imkanını təmin etmişdir.

İrandan AEBA-ya şübhəli əraziləri, gizli zənginləşdirmə qurğuları, çevirmə qurğuları, sentrifuqa istehsalı avadanlıqları, və ya uran tozu (yellowcake) istehsalı avadanlıqları haqda iddiaları tədqiq etmək üçün giriş imkanı vermək tələb olunacaq.

İran yeni qurğuların tikiləcəyi halda erkən məlumat verməyi nəzərdə tutan Modifikasiya olunmuş 3.1 indexini icra etməyə razılıq bildirib.

İran, onun proqramının mümkün hərbi miqyasları haqda AEBA-nın narahatlıqlarını nəzərə alaraq razılaşdırılmış tədbirləri həyata keçirəcək.

Reaktorlar və Təkrar Emal

İran P5+1 ilə razılaşdırılmış dizayn əsasında Arakdakı böyük su tədqiqat reaktorunu yenidən dizayn edəcək və tikəcək, bu reaktor yüksək dərəcəli plutonium istehsal etməyəcək və sülh məramlı nüvə tədqiqatı və radioizotop istehsalına dəstək olacaq.

Reaktorun əhəmiyyətli miqdarda silah dərəcəli plutonium istehsal edə bilmək iqtidarında olan orijinal mərkəz hissəsi məhv ediləcək və ölkədən yox ediləcək.

İran reaktorun mövcudluğu müddətinə reaktordan çıxan sərf yanacağı ölkədən kənara daşıyacaq.

İran sərf olunmuş yanacağı qeyri-müəyyən şəkildə yenidən emal etməyəcəyinə və ya emal üçün tədqiqat aparmayacağına və inkişaf etdirməyəcəyinə razılıq verir.

İran modifikasiya edilmiş Arak reaktorunun ehtiyaclarından artıq ağır su məhlulu toplamayacaq və mövcud ağır su məhlulunu 15 il ərzində beynəlxalq bazarda satmayacaq.

İran 15 il ərzində heç bir əlavə ağır su reaktoru tikməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG