Accessibility links

RATİ İranda həbsdə olan şairlərin azad edilməsini tələb edib [Video & Audio]


Iran səfirliyinin qarşısında piket
Iran səfirliyinin qarşısında piket

Təşkilatın təşəbbüsü ilə İran səfirliyi qarşısında piket keçirilib. İranda həbs olunmuş gənc ədiblər Bakı və Tehran arasında qarşıdurmanın girovuna çevrilib.

İran səfirliyi qarşısında piket
İran səfirliyi qarşısında piket
İranda həbs olunmuş azərbaycanlı şairlərin azad edilməsi tələbi ilə bu ölkənin Bakıdakı səfirliyinin qarşısında keçirilən aksiyada onlarla jurnalist iştirak edib. Aksiya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə keçirilib. Aksiyada müxtəlif KİV nümayəndələri iştirak edib.
Təşkilatçılar etiraz aksiyası keçirilməsi ilə bağlı müraciət etsələr də, Bakı meriyası piketə icazə verməyib.
Aksiya iştirakçıları səfirliyin 10 metrliyində polis tərəfindən saxlanılıb, lakin polis aksiyanın keçirilməsinə mane olmayıb. Piketin qətnaməsi oxunub və sənəd səfirliyə təqdim edilib.
"İranda həbsdə olan Azərbaycanlı şairlərə azadlıq tələbi" reportajı
please wait

No media source currently available

0:00 0:02:55 0:00
Direct link

Qətnamədə deyilir ki, İranda həbs olunmuş gənc ədiblər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakı və Tehran arasında qarşıdurmanın girovuna çevrilib. Azərbaycanda həbs olunmuş İran KİV-nin müxbirləri də analoji vəziyyətə düşüb.
“Biz İran hakimiyyətini söz azadlığına hörmətlə yanaşmağa və heç bir qanunu pozmayan, sərhəddin keçilməsi qaydalarının pozulması kimi uydurma ittihamla saxlanılan azərbaycanlı ədibləri azad etməyə çağırırıq”, - sənəddə vurğulanır.
Xatırladaq ki, ədiblər mayın 2-də Tehrandan Bakıya gələrkən Təbrizdə saxlanılıb. Avqustun 7-də Təbrizdə onların məhkəməsi olacaq.
Rəsmi Bakı İran Xarici İşlər Nazirliyinə beş nota göndərərək onların azad olunmasını tələb edib. Yalnız bir həftə öncə İran hakimiyyəti Azərbaycanın Təbrizdəki konsulluğunun işçisinin həbs olunanlara baş çəkməsinə icazə verib.

İran səfirliyi qarşısında piket
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG