Accessibility links

İran prezidenti köhnə siyasəti dəyişməlidir, - ekspertlər belə düşünür


“İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda dəyirmi masa

“İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda dəyirmi masa

Ruhaninin siyasi islahatlar sahəsində ilk addımı Musəvi və Kərrubini həbsdən azad etmək olmalıdır

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) iyulun 19-da “İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə ekspertlər, alimlər, siyasi partiya təmsilçiləri, Güney Azərbaycandan Azərbaycan Respublikasına mühacirətə gəlmiş insanlar iştirak edib.

“İranın yeni prezidenti Həsən Ruhanin əsas problemi ali dini rəhbərin təsirindən çıxıb-çıxmaması ilə bağlı olacaq. Çünki İran xalqı yeni prezidentdən liberal və köklü islahatlar gözləyir. Siyasi məhbuslar azad edilməli və iqtisadiyyat dirçəlməlidir”, deyə mövzu üzrə məruzəçi “Atlas” Araşdırmalar Mərkəzinin “İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda dəyirmi masa

“İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda dəyirmi masa

rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Ruhaninin siyasi islahatlar sahəsində ilk addımı Musəvi və Kərrubini həbsdən azad etmək olmalıdır.

Bununla yanaşı Ruhaninin Güney Azərbaycanla bağlı vədlərini yerinə yetirmədiyini xatırladıb. O prezidentliyə başlayandan 38 milli fəal həbs edilib, hətta girov müqabilində azadlıqda olan milli fəallar həbsə qaytarılır.

Azərbaycan Respublikası ilə bağlı münasibətlərə gəlincə, burada Əhmədinejat hökuməti daha sərt siyasət yürüdüb.

“Doğrudur islahatçı prezident Xatəminin dövründə də Azərbaycan Respublikası ilə münasibətlər sərt məcrada inkişaf edib. Hətta o dövrdə İran hərbi təyyarələri Azərbaycanın suveren ərazisinə soxulub , o qeyd edib.

Məruzəçinin fikrincə, İranın bütün prezidentlərinin dövründə Azərbaycanla bağlı siyasəti güc strukturları formalaşdırıb.

“Azərbaycan Respublikası ilə bağlı sərt bəyanatları bir qayda olaraq güc strukturlarının rəhbərləri verib və bu münasibət bu gün də davam etdirilir. Siyasətçiləri isə güc strukturlarına təsir etmək gücündə deyil”, Şahinoğlu bildirib.

Çıxışlarda İranın Azərbaycanla bağlı siyasətində liberal dəyişikliklərin olacağına inam ifadə edilməyib. Eyni zamanda İranın parçalanacağı, bu ölkəyə xarici hərbi müdaxilə olunacağı ilə bağlı ilə ötən dövrlərdə səslənən fikrilərin inandırıcı görünmədiyi deyilib.

“Biz Azərbaycanın güneyində və quzeyində milli hərəkatın demokratiya istiqamətinə yönəlməsinə nail olmalıyıq. Əbülfəz Elçibəy deyirdi ki, Azərbaycan xalqının milli hərəkatı ikinci mərhələdə milli-demokratik hərəkata çevrilməlidir.
Azərbaycanın birləşmə yolu bundan keçir”, deyə keçmiş baş nazir Pənah Hüseyn bildirib.

Bir çox çıxışlarda isə istiqlalını qazanmamış xalqın demokratiya uğrunda mübarizəsinin mümkün olmadığı diqqətə çatdırılıb.

“Bu gün Azərbaycan xalqının kiçik bir hissəsi müstəqilliyini qazanıb. Bütöv Azərbaycan müstəqil olmalıdır. Məhz bundan sonra demokratiya uğrunda birgə mübarizə asan ola bilər”, deyə alim Almaz Əliqızı qeyd edib.

Tədbirin sonunda Güney Azərbaycanla bağlı müsabiqənin qalibi olan 7 yazı mükafatlandırılıb.
XS
SM
MD
LG