Accessibility links

İranda pulların üzərində Azərbaycan rəmzlərinin çap olunmasını tələb edilir


İran parlamenti

İran parlamenti

İran parlamentinin Təbrizdən olan nümayəndəsi Məhəmməd İsmail Səidi ölkədə pulların üzərində Şərqi Azərbaycan əyalətinin və Təbriz rəmzlərinin çap olunmasını tələb edir. Bu barədə Trend agentliyi məlumat yayıb.

M.İ.Səidi İran Mərkəzi Bankının sədri, eləcə də iqtisadiyyat və maliyyə nazirinə məktub yazaraq onlardan tələb edib ki, Təbriz əhalisinin istəyinə hörmətlə yanaşsınlar və pulun üzərində Azərbaycan rəmzlərinin çapı üçün tez bir zamanda göstəriş versinlər.

Deputat deyib ki, çox qədim zamanlardan indiyədək Şərqi Azərbaycan əyalətinin və Təbrizin ölkədəki iqtisadi, siyasi, mədəni və milli birlik proseslərində önəmli yeri var: “Ölkədə çap olunan əskinasların üzərində müxtəlif rəmzlər çap olunub, lakin təəssüf ki, hələlik Azərbaycan rəmzlərinin heç biri pul üzərində çap olunmayıb”.

XS
SM
MD
LG