Accessibility links

İranda yaralıları xəstəxanaya aparan vertolyot qəzaya uğrayıb


İranda vertoyot qəzası

İranda vertoyot qəzası

Hərbi Hava Qüvvələrinə məxsus vertolyot avtomobil qəzasında xəsarət alan yaralıları xəstəxanaya aparırmış

Noyabrın 14-də İranın Məşhəd şəhərinin yaxınlığında vertolyot qəzaya uğrayıb.

“Media forum” saytının məlumatına görə, hadisə yerli vaxtla səhər saat 7:30 radələrində baş verib. İranın Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Mələkabad məntəqəsində baş vermiş avtomobil qəzasında xəsarət alan yaralıları xəstəxanaya aparırmış. Vertolyotun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub, bir nəfər ciddi bədən xəsarəti alıb.

Hadisədə həlak olanların kimliyi haqda məlumat yayılmayıb.
XS
SM
MD
LG