Accessibility links

İrandan quş ətinin idxalına məhdudiyyət qoyulub


Tehranda (İran) iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyi yayılıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə bu məlumat noyabrın 22-də Dünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) tərəfindən daxil olub.

Bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulub.

İranda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı ölkənin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə DBNX-nin müvafiq bölmələrinə tapşırıq verilib.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

DBNX əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG