Accessibility links

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Bu barədə Trend agentliyi İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə istinadən məlumat yayıb.

Səfirin sözlərinə görə, səfər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti üzrə fevralın 16-da baş tutacaq.

Səfər zamanı nazirin yüksək səviyyədə keçirəcəyi görüşlərdə tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.

XS
SM
MD
LG