Accessibility links

İran səfiri: Üçüncü qüvvələrin müdaxiləsi Yəməndə terrorizm və radikallığın artmasına səbəb olacaq


Möhsün Pak Ayin

Möhsün Pak Ayin

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Yəməndə vəziyyətin pisləşməsinə və dinc sakinlərin qətlə yetirilməsinə görə narahatlığını bildirərək beynəlxalq birliyi, dünyanın sülhsevər ölkələrini, xüsusilə region ölkələrini Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün səy göstərmələrinə çağırıb. Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Cənab Pa Ayin deyib ki, müstəqil ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək həmin ölkənin süverenliyini və beynəlxalq qanunları pozmaqdır və günahsız insanların öldürülməsindən, dağıntıların və xarabalıqların yaranmasından başqa bir nəticəsi olmayacaq.

İran səfiri beynəlxalq təşkilatların və birliklərin müstəqil ölkələrə, o cümlədən Suriyaya müdaxilənin müqabilində sükut etməsini regionda böhranın daha da dərinləşməsinə səbəb olduğunu bildirib və beynəlxalq aləmin bu səhvi Yəməndə təkrarlamayacağına ümid etdiyini deyib.

“İran Yəməndə baş verən hadisələri diqqətdə saxlayır. Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır. İran sülhsevər ölkə olaraq Yəməndə böhranın və beynəlxalq qanunların pozulmasının qarşısını almaq üçün çalışacaq”.

Səfir bildirib ki, İran Yəmən böhranının ilk vaxtlarından bütün Yəmən qrupları arasında danışıqların keçirilməsini istəyib. “Üçüncü qüvvələrin müdaxiləsi bu böhranın daha da dərinləşməsinə, ölkədə terrorizm və radikallığın artmasına səbəb olacaq”, o qeyd edib.

XS
SM
MD
LG