Accessibility links

İran səfirliyi: İran və ABŞ rəsmiləri arasında Bakıda heç bir danışıq aparılmayıb


İran səfirliyi

İran səfirliyi

İranın Azərbaycandakı səfirliyi Bakıda İran və ABŞ arasında İŞİD-lə bağlı gizli anlaşmanın əldə olunması barədə yayılan məlumatları təkzib edib. Bunu Trend agentliyinə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

M.Ayətullahi bildirib ki, Azərbaycanın bəzi KİV-lərində Bakıda İslam Respublikası və ABŞ arasında İŞİD terror qruplaşması ilə bağlı gizli danışıqların aparılması barədə yayılan xəbərlər əsassızdır: "İran və ABŞ rəsmiləri arasında Bakıda heç bir danışıq aparılmayıb”.

Qeyd edək ki, bəzi KİV-lərdə "etibarlı mənbə"yə istinadən bu yaxınlarda Bakıda ABŞ və İran nümayəndələri arasında İŞİD-lə bağlı razılıq əldə olunması barədə məlumat yayılıb.

XS
SM
MD
LG