İranın İSNA.ir saytının məlumatına görə, zəlzələ zonasında artıq xilasetmə işləri dayandırılıb.
Hazırda zərərçəkənlərə çadır, ədyal və digər zəruri geyiş əşyaları, konservləşdirilmiş ərzaq məhsullarının verilməsi genişləndirilir.
Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, avqustun 11-də yerli vaxtla saat 16.53-də Şəqri Azərbaycanın Əhər şəhərində və saat 17.00-da Varzagan şəhərində 6,2 və 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Səhiyyə naziri deyib ki, zəlzələlərdən sonra indiyədək 4,8 bal gücünədək 117 yeraltı təkan qeydə alınıb. Ümumilikdə yeraltı təkanlar Qərbi və Şərqi Azərbaycanın Ərdəbil, Zəncan, Gilan da daxil olmaqla 300 000 insanın yaşadığı beş regionunu əhatə edib. “Təkanlar nəticəsində regiondakı 130 yaşayış məntəqəsindən 70-i tamamilə dağılıb, 20-nə isə qismən ziyan dəyib.
Öz növbəsində, Şərqi Azərbaycan əyalətin qubernatorunun müavini Məhəmməd Əşrəf “Mehrnews” saytına bildirib ki, ilkin qiymətləndirmələrə görə zəlzələnin vurduğu ziyan 650 milyon ABŞ dolları təşkil edir.