Accessibility links

Azərbaycan Şərqi Azərbaycanda zəlzələdən zərər çəkənlərə yardımını davam etdirəcək


Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

Azərbaycan zəlzələ baş vermiş qəsəbələrdən birində müasir məktəb və ya xəstəxana tikmək istəyir

Azərbaycan İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətindədir. Bu məqsədlə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfir Azərbaycan Respublikasının İranda 11 avqustda baş vermiş zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətində olduğunu bildirib. Bu məqsədlə zəlzələnin baş verdiyi qəsəbələrdən birində müasir məktəb və ya xəstəxananın tikintisi ilə bağlı Azərbaycan hökumətinin təklifini vilayətin başçısına təqdim edib.

Şərqi Azərbaycan vilayətinin başçısı Əli Beygi öz növbəsində zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib.
Səfəri çərçivəsində səfir Axundov zəlzələ bölgəsində aparılan bərpa işləri ilə tanış olub və yerli əhali ilə söhbət edib.
XS
SM
MD
LG