Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib


Şərqi Azərbaycanda zəlzələ
Şərqi Azərbaycanda zəlzələ

Rixter şkalası üzrə 4,1 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub

Oktyabrın 27-də gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib.

APA agentliyinin İranın Seysmoloji Mərkəzinin saytına istinadən bildirir ki, fəlakət yerli vaxtla saat 03:56-da qeydə alınıb.

Rixter şkalası üzrə 4,1 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. 10 km dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

Şərqi Azərbaycan vilayətində yaşayan azərbaycanlıdan APA agentliyinə daxil olan məlumata görə, dağıntılar baş vermiş bir neçə kənddə tikinti işlərinə başlanılsa da hələlik evlərin inşası başa çatmayıb. Bir çox kəndlərdə isə ümumiyyətlə, tikinti işləri aparılmır. Dağlıq bölgə olduğu üçün zəlzələ baş vermiş əraziyə qar yağıb. Şaxtalı və yağıntılı hava şəraiti yaşayışı daha da ağırlaşdırıb. Yağıntılar nəticəsində çadırlar və içərisindəki əşyalar tamam islanır. Soyuqdan səhhətində problem yarananlar isə tibbi yardım ala bilmirlər. Verilən məlumata görə, Vərziganda 2 yaşlı uşaq soyuqdan ölüb. Bölgədə içməli suya və qidaya, yanacağa, eləcə də isti geyimə ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG