Accessibility links

Deputat Iranda zəlzələ bölgəsinin baxımsız qaldığını deyir


Şərqi Azərbaycanda zəlzələ bölgəsi

Şərqi Azərbaycanda zəlzələ bölgəsi

Azərbaycanlı deputat Allahverdi Dehqan 3 ay əvvəl Şərqi Azərbaycanda baş vermiş zəlzələdən ziyan çəkənlərin durumundan gileylənib

Vərzəqan şəhərindən seçilmiş azərbaycanlı deputat Allahverdi Dehqan İran parlamentində çıxış edərək 3 ay əvvəl Şərqi Azərbaycanda baş vermiş zəlzələdən ziyan çəkənlərin durumundan gileylənib.

“Media forum” saytının məlumatına görə, Allahverdi Dehqan deyib ki, Əhər, Heris, Vərzəqan şəhərlərində və ətraf bölgələrdə artıq bir neçə gündür qar yağır və havanın temperaturu sıfırdan aşağı düşüb, amma insanlar hələ də ibtidai yardımdan məhrumdur: “Təəssüflər olsun ki, insanlar bu soyuq havada hələ də çadırlarda və yarımdağılmış evlərdə yaşayırlar. Zəlzələdən 3 ay keçməsinə baxmayaraq 60-dan çox kənd və bir şəhər tamamilə baxımsız qalıb. Hazırda Vərzəqan şəhərində 1600 nəfər müvəqqəti yerlərdə məskunlaşdırılıb. Lakin həmin şəhərin ətrafındakı kəndlərdə 9 min nəfərin müvəqqəti məskunlaşması məsələsi öz həllini tapmayıb”.

Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 200-dən çox kənd tamamilə dağılmış, 350 nəfərdən çox insan həlak olmuş, minlərlə adam ağır yaralanmışdı.
XS
SM
MD
LG