Accessibility links

AB: "İrana qarşı sanksiyalar tezliklə aradan qaldırıla bilər"


Mogherini

Mogherini

Bu gün Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Federika Moqerini deyib ki, İrana qarşı tətbiq olunan sanksiyalar tezliklə aradan qaldırıla bilər.

İyul ayında əldə olunmuş çoxtərəfli razılıq üçün Tehrandan nüvə proqramına dair bir neçə addımın tamamlanması tələb olunur. Bunun üçün isə konkret vaxt müəyyən edilməyib.

Saziş İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi daşıyır. Bununla yanaşı razılaşma Tehrana dinc məqsədlər üçün müəyyən nüvə texnologiyasından istifadəyə icazə verir.

Praqada keçirilən mətbuat konfransında Moqerini jurnalistlərə deyib ki, sanksiyaların ləğvi günü gözlənildiyindən tez baş tuta bilər.

Vyanada İran, Çin və Avropalı həmkarları ilə birlikdə əldə olunmuş sazişin ərsəyə gəlməsində iştirak edən ABŞ dövlət katibi Con Kerri keçən həftə bildirmişdi ki, əgər hər şey qaydasında getsə, saziş bir neçə gün sonra tətbiq oluna bilər.

XS
SM
MD
LG