Accessibility links

Rusiya prezidenti İranın nüvə proqramı məsələsinin həllinin mümkün olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin İranın nüvə proqramı ilə bağlı 10 ildir davam edən mübahisənin həllinin mümkün olduğunu deyib. Kremlin bildirdiyinə görə, cənab Putin bunu bu gün İran prezidenti Həsən Ruhaninin ilə telefon söhbəti zamanı deyib. Cənab Ruhani müzakirələrlə bağlı səylərinə görə Rusiyaya minnətdarlığını bildirib.

Rusiya İranın nüvə proqramı ilə bağlı çərşənbə günü Cenevrədə keçiriləcək müzakirələrdə iştirak edən altı dövlətdən biridir. Rusiya dəfələrlə İranın nüvə proqramının dinc mahiyyət daşıdığını deyib.
XS
SM
MD
LG